
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində oktyabrın 2-də kamandan oxatma yarışlarıbaşlayıb. Yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub.
Bu barədə Reyting.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Məlumata görə, turnirdə 7 ölkədən 40 idmançı iştirak edir. Yarışlarda Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur.
Yarışı şəhər sakinləri, QarabağUniversitetinin tələbələri, media nümayəndələri izləyirlər.


