AZ

"Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz" - Makronla zarafatlaşdı

Kopenhagen şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan - Azərbaycan sülhü haqda danışarkən səhvən Albaniya - Azərbaycan deməsi barədə Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.


Manset.az xəbər verir ki, Albaniyanın Baş naziri Trampın səhvən "Albaniya və Azərbaycan arasında münaqişə" dediyini nəzərə alaraq Makrona zarafatla deyib:

"Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz".


Seçilən
22
12
manset.az

10Mənbələr