AZ

Trampın Azərbaycanla barədə açıqlaması gündəm oldu - Kopenhagendə maraqlı söhbət

BAKI, 1 oktyabr. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyiş ciddi və mühüm addımdır”.

Teleqraf xəbər verir ki, bunu Albaniya Baş naziri Edi Rama Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl bildirib.

“Bu, ciddi məsələdir, bunu gözləyirdik. Bu, hər iki ölkə liderinin mükəmməl rəhbərliyi, eləcə də ABŞ prezidentinin səyləri sayəsində baş verir. Bu, böyük nailiyyətdir”, - Edi Rama deyib.

Sammit çərçivəsində Albaniya baş naziri Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makronla da görüşüb. Edi Rama Əliyev və Makronla danışarkən zarafat edib: “Siz məni və İlham Əliyevi təbrik etmədiniz. Tramp aramızdakı “münaqişə”yə son qoydu”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl sülh prosesi barədə danışarkən yanlış olaraq, Ermənistanı Albaniya adlandırmışdı.

Amerika liderinin həmin cümləsi belədir: “Albaniya ilə Azərbaycan arasında müharibəyə son qoydum”.

Seçilən
9
teleqraf.com

1Mənbələr