AZ

ÇL: Həftənin ən yaxşısı adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, həftənin ən yaxşısı seçilmək üçün 4 futbolçu mübarizə aparacaq. 

Bunlar “Real Madrid”dən Kilian Mbappe, "Napoli"dən Rasmus Hoylund , "Mançester Siti"dən Erlinq Holand və "Budyo-Qlimt"dən Yens-Petter Heuqedir.

Mbappe “Kayrat”la oyunda (5:0) het-trik edib, Hoylund “Sportinq”lə görüşdə (2:1), Holand “Monako” ilə matçda (2:2), Heuqe isə "Tottenhem"lə oyunda (2:2) dubl müəllifi olub.

Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.

Seçilən
32
fanat.az

1Mənbələr