AZ

Uzun illər sonra yenidən bir arada FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Prezidenti və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan keçmiş silahdaşları olan DEVA Partiyasının sədri Əli Babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu ilə yan-yana gəlib.

Modern.az xəbər verir ki, hadisə Türkiyə parlamentinin yeni sessiyası zamanı keçirilən rəsmi qəbul zamanı baş verib.

Tədbirdə prezident və hökumət üzvləri, siyasi partiya liderləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və sənət adamları iştirak edib.

Ərdoğan çıxışından sonra salonu gəzərək müxtəlif partiya nümayəndələri ilə salamlaşıb. Bu zaman Babacan və Davudoğlu ilə əl sıxaraq söhbət edib, hətta yanlarında əyləşib.

Ərdoğanın sağ tərəfində DEM Partiyasının həmsədrləri Tuncer Bakırhan və Tülay Hatimoğulları, sol tərəfində isə Əhməd Davudoğlu yer alıb.

Rəsmi qəbulda Ərdoğan həmçinin MHP sədri Dövlət Bağçalı, DEM Partiya rəhbərləri, digər müxalifət partiya liderləri ilə də görüşüb. DEM Partiya həmsədri Tülay Hatimoğulları görüşdə qanunvericilik proseslərinin sürətləndirilməsi ilə bağlı mesaj verdiklərini bildirib. DEVA lideri Əli Babacan da komissiya işlərinin əhəmiyyətinə diqqət çəkib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
3
modern.az

4Mənbələr