Əgər tez-tez migren ağrılarından əziyyət çəkirsinizsə, dərhal ağrıkəsici qəbul etməyə tələsməyin. Bu probleminiz qidalanma ilə bağlı ola bilər.
E-saglam.az xəbər verir ki, Amerika Ailə Tibb Şurasının direktoru Dr. Nicholas Church baş ağrısı və migrenin qarşısını almaq üçün gündəlik rasionda olmalı qidaları açıqlayıb.
Migrenə qarşı faydalı təbii məhsullar:
Omeqa-3 ilə zəngin balıq növləri
Balqabaq toxumu
Zəncəfil
Qoz-fındıq və digər toxumlar
Maqnezium ehtiva edən darçın və oxşar qidalar
Tərcümə: Nəzrin Abbas
E-saglam.az