AZ

Edi Rama Emmanuel Makronla zarafatlaşdı: “Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz”

Kopenhagen şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan-Azərbaycan sülh prosesi haqqında danışarkən səhvən Albaniya-Azərbaycan deməsi barədə Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.

Editor.az  “Report”a istinadla xəbər verir ki, Edi Rama Trampın səhvən “Albaniya və Azərbaycan arasında münaqişə” dediyini nəzərə alaraq, Makrona zarafatla söyləyib:

“Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz”.

Seçilən
24
12
editor.az

10Mənbələr