AZ

Ermənistan cəmiyyətində revanşizm hələ də aparıcı rol oynayırmı?...

Paşinyan ermənilərin Qarabağa qayıdışının Bakı ilə sülh prosesinə zərər verə biləcəyini deyib...

Kamran Məmmədli: “Paşinyanın AŞPA-da verdiyi bəyanatı Ermənistanın son dövrdəki siyasi kursunun məntiqi davamıdır”.

“Risk ondadır ki, Ermənistan cəmiyyətində hələ də revanşist düşüncələri bölüşən qüvvələr mövcuddur və onlar Paşinyanı “torpaqlardan imtina etməkdə” ittiham edirlər. Ancaq üstünlük ondan ibarətdir ki, Paşinyan bu mövqeyi ilə reallığı qəbul edən, dövlətçilik maraqlarını önə çəkən lider obrazını gücləndirir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistan liderinin AŞPA-nın iclasında çıxışını Poliqon-a şərh edərkən qeyd edib.

Paşinyan sentyabrın 30-da AŞPA-nın iclasında çıxışı zamanı ermənilərin Qarabağa qayıdışının Bakı ilə sülh prosesinə zərər verə biləcəyini deyib. Ermənistanın baş naziri bildirib ki, Qarabağı könüllü tərk edən və Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi artıq ErmənistanErmənistan vətəndaşlığı ilə bağlıdır.

Gələn il Ermənistana seçki olacağını nəzərə alarsaq, Paşinyanın bu mövqeyini necə dəyərləndirmək olar? Ermənilər artıq revanşizmdən imtina edib, regional əməkdaşlığa üstünlük verirlər?

Mövzunu Poliqon-nun əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Hesab edirəm ki, erməni xalqın əksəriyyəti də Paşinyanın bu mövqeyinı dəstəkləyir”.

Cəmiyyətdə və xüsusilə də, müxalif siyasi dairələrdə revanşist çağırışların qalmaqda olduğuna nəzər salan ekspert Poliqon-a bildirib ki, hakimiyyət səviyyəsində, Paşinyanın timsalında, bu yanaşmanın artıq dayanıqlı siyasət xəttinə çevrildiyi görünür:

“Paşinyanın AŞPA-da verdiyi bəyanatı Ermənistanın son dövrdəki siyasi kursunun məntiqi davamıdır . O, açıq şəkildə göstərməyə çalışır ki, Qarabağı tərk etmiş ermənilərin geri dönüşü məsələsini siyasi müzakirələrin gündəliyinə gətirmək niyyətində deyil və bu mövzu gündəmə gələrsə Bakı ilə sülh danışıqlarını poza biləcək risk faktoruna çevrilə bilər. Bununla Paşinyan, əslində, həm beynəlxalq auditoriyaya, həm də öz cəmiyyətinə mesaj verir ki, Qarabağ məsələsi Ermənistanın siyasi gündəmindən çıxarılıb.

O ki qaldı, seçkilər ərəfəsində bu mövqenin riskli olmasına , hesab edirəm ki burada Paşinyan üçün həm risk həm də üstünlüklər var. Risk ondadır ki, Ermənistan cəmiyyətində hələ də revanşist düşüncələri bölüşən qüvvələr mövcuddur və onlar Paşinyanı “torpaqlardan imtina etməkdə” ittiham edə bilərlər. Ancaq üstünlük ondan ibarətdir ki, Paşinyan bu mövqeyi ilə reallığı qəbul edən, dövlətçilik maraqlarını önə çəkən lider obrazını gücləndirir. Bu, həm də beynəlxalq dəstək üçün vacibdir, çünki Qərb institutları Paşinyandan konstruktiv xətt gözləyirlər.

Kamran Məmmədli: “Ermənistan rəhbərliyi reallıqları qəbul etməyə və regional əməkdaşlığa meyl göstərməyə məcburdur, çünki iqtisadi və siyasi baxımdan alternativləri çox məhduddur”.

O ki qaldı Ermənilərin revanşizmdən imtina edib-etməməsi məsələsinə , burada hələ tam yekdillikdən danışmaq olmaz. Cəmiyyətdə və xüsusilə də müxalif siyasi dairələrdə revanşist çağırışlar qalmaqdadır. Lakin hakimiyyət səviyyəsində, Paşinyanın timsalında, bu yanaşmanın artıq dayanıqlı siyasət xəttinə çevrildiyi görünür. Ermənistan rəhbərliyi reallıqları qəbul etməyə və regional əməkdaşlığa meyl göstərməyə məcburdur, çünki iqtisadi və siyasi baxımdan alternativləri çox məhduddur.

Hesab edirəm ki, erməni xalqın əksəriyyəti də Paşinyanın bu mövqeyinı dəstəkləyir. Bunun ən bariz nümunəsi son seçkilər oldu ki, Paşinyan Qarabağda məğlub olmağına rəğmən seçkilərdə qalib gəlməyi və hakimiyyətini qorumağı bacarmışdı. Düşünürəm ki, növbətiq 2026-cı ildə baş tutacaq seçkilərdə də Paşinyan qalib gələcək”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr