AZ

İlk dəfə ona qoyulan diaqnozu açıqladı

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Britaniyalı tanınmış müğənni Robbi Uilyams Turet sindromundan (mərkəzi sinir sisteminin çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozuntusu) əziyyət çəkdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, 51 yaşlı müğənni ilk dəfə ona qoyulan diaqnozdan söz edib.

Sənətçi bildirib ki, o, bu barədə öyrənəndə sarsıntı keçirib:

"Məndə Turet xəstəliyinin olduğunun fərqinə vardım. Bu, zahirən özünü göstərmir — daxildə baş verən obsesif (düşüncə və ya davranışın idarəolunmaz və narahatedici şəkildə təkrarlanması) düşüncələrdir. Zal mənə sevgi elan edənlərlə dolu olanda belə, bunu eşitmirəm. Bunu qəbul edə bilmirəm".

Robbi etiraf edib ki, psixi sağlamlığı səhnədə çıxış etmək və şəxsi həyatına ciddi təsir göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
axsam.az

1Mənbələr