AZ

Belçika Aİ ölkələrindən Rusiyanın aktivləri ilə bağlı hüquqi təminat tələb edir

“Maliyyə risklərinin bölüşdürülməsinə bütün liderlər imza atmalıdır”.

Editor.az xəbər verir ki, Belçikanın baş naziri Bart De Vever Avropa Siyasi Birliyi Zirvəsi öncəsi açıqlamasında Avropa İttifaqının bütün üzv ölkələrindən Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması ilə bağlı maliyyə zəmanəti istədiklərini bildirib.

Onun sözlərinə görə, Brüssel bu proses nəticəsində yarana biləcək riskləri təkbaşına daşımaq niyyətində deyil.

“Mən onlara dedim ki, bütün maliyyə risklərini bölüşmək öhdəliyi üçün bütün Aİ liderlərinin imzalarına ehtiyacımız var”, – deyə De Vever vurğulayıb.

Belçikanın Euroclear platformasında saxlanılan “gəlir və vergilər yaradan” aktivlərin müsadirəsinə qarşı olduğunu xatırladan baş nazir, hələlik Aİ ölkələrindən heç bir təminat almadıqlarını qeyd edib.

De Vever eyni zamanda, digər Avropa ölkələrini də Rusiyaya məxsus aktivlər barədə şəffaf davranmağa çağırıb və onların məbləğinin Belçikanın üzərinə düşən yükdən az olmadığını bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr