AZ

Şuşada 40 milyonluq tender bu şirkətə verildi 10 ədəd yaşayış binası tikəcək

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsi “GM Construction” MMC ilə 39,7 milyon manatlıq müqavilə imzalayıb.

“AzPolitika” xəbər verir ki, müqavilə çərçivəsində Şuşa şəhərində D-3 yaşayış massivində 1-ci mərhələ üçün 10 ədəd yaşayış binasının tikintisi nəzərdə tutulur.

Şirkət bundan əvvəl Şuşa şəhərinin mərkəzində 0,2 hektar ərazidə yerli memarlıq üslubunda “Şuşa City Residence” kompleksini inşa edib. Həmçinin 2023-cü ilin noyabrında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə Laçın rayonunun Zabuz kəndində 43 fərdi yaşayış evi tikərək təhvil verib.

“GM Construction” MMC ölkədə də bir sıra iri layihələrin həyata keçirilməsilə tanınır. Onların sırasında yaşayış binaları, dəmir yol stansiyaları, biznes obyektləri, məktəb binaları və s. sosial obyektlər var.

Şirkətin saytında təsisçiləri, qanuni təmsilçisi haqqında məlumat yerləşdirilməyib. Tərəfdaş qurumlar arasında DOST Mərkəzi, “Kapital Bank”, AAY, ADY, ƏƏSM, AQTA, MİDA və s. dövlət orqanları və biznes strukturları yer alır.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr