AZ

O da liderləri sülhə görə təbrik etdi

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı iki ölkə arasında nail olunan sülhə görə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı tarixi sülhə nail olmaları münasibətilə təbrik edib”, - paylaşımda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
13
qafqazinfo.az

9Mənbələr