Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bugünkü prosesdə ittiham tərəfi yekun çıxış edib. Prokuror təqsirləndirilən şəxsə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini düşündüyünü deyib.
Bu əsasla Nizami Alışanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Müdafiə tərəfi isə ittihamla razı deyil. Vəkilə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.