AZ

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

Finss.az - ABB müştərilərin intellektual əyləncəsinə və fərdi inkişafına dəstək məqsədilə maraqlı bir layihəyə start verib. Bu, ABB mobile-da təqdim olunan ABB Play intellektual oyun müsabiqəsidir.

Tətbiqin istifadəçiləri bu intellektual oyunda biliklərini sınayıb hədiyyələr qazana bilərlər. İştirakçı gün ərzində 3 sualı cavablandırır, hər düzgün cavaba görə xal qazanır. Oyunun maraqlı qaydası isə odur ki, suala nə qədər tez cavab verilərsə, o qədər çox xal qazanılır.
Hər suala ümumilikdə 1 dəqiqə vaxt ayrılır, hər saniyə isə 1 xal dəyərində hesablanır. Toplanmış xallara əsasən, hər ayın sonunda ən çox xal toplayan 300 nəfərə müxtəlif hədiyyələr təqdim olunur.

Oyun yalnız ABB mobile üzərindən oynanılır. İstifadəçi liderlər cədvəlini mütəmadi izləyərək özünün tutduğu yeri və rəqiblərini görə bilir. Mobil bank tətbiqi üzərindən hər kəsə açıq belə bir intellektual-əyləncəli oyun müsabiqəsinin təqdim olunması Azərbaycanda ilk dəfədir.

ABB mobile-ı buradan yükləyib oyunda iştirak edə, hədiyyələr qazana bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Seçilən
15
12
fins.az

10Mənbələr