AZ

QHT lərə Dövlət Dəstəyi Agentliyinin xərcləri 40% artıb

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2024-cü ili 8,613 milyon manat xərclə başa vurub.

Metbuat.az xəbər verir ki, bu barədə agentliyin maliyyə hesabatında qeyd olunub.

Bildirilib k, bu, 2023-cü illə müqayisədə 40,4 % çoxdur.

Ötən il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ayrılmış qrantlar üzrə xərcləri 6,397 milyon manat (əvvəlki ilə nisbətən 47,1 % çox), işçi heyəti ilə bağlı xərcləri 789 min manat (1,3 % az), ümumi və inzibati xərcləri 1,194 milyon manat (58,6 % çox), köhnəlmə və amortizasiya xərcləri 189 min manat (0,2 % az), maliyyə xərcləri isə 44 min manat (4,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin aktivləri 2,566 milyon manat olub ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur. Hesabat dövründə agentliyin öhdəlikləri 2,5 dəfə artaraq 795 min manata, balans kapitalı isə 2,5 dəfə artaraq 1,771 milyon manata çatıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ölkə Prezidentinin bu sahədə idarəetmənin təkmilləşdirilməsi 19 aprel 2021-ci il fərmanına əsasən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında yaradılıb, publik hüquqi şəxsdir. Agentlik QHT-lərin inkişafı, onlarla dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
5
metbuat.az

6Mənbələr