AZ

Qaraciyər xəstəliklərinin dəriyə verdiyi erkən siqnallar

Qaraciyər xəstəlikləri çox vaxt aydın simptomlar olmadan inkişaf edir. Lakin dəri üzərində yaranan bəzi əlamətlər xəstəliyin erkən mərhələlərində vacib xəbərdarlıq siqnalları ola bilər.

E-saglam.az həmin simptomları sizə təqdim edir:

1. SarılıqQaraciyərin bilirubini kifayət qədər emal edə bilməməsi nəticəsində dəridə və göz ağlarında sarı rəng yaranır. Mütəxəssislərin sözlərinə görə, sarılıq hepatit, öd yollarının tutulması və ya irəliləmiş qaraciyər xəstəliklərinin ciddi xəbərdarlıq əlamətidir və dərhal həkim müayinəsi tələb edir.

2. Hörümçək angiomalarıÜz, boyun, sinə və qollarda görünən qırmızı damar yığımaları qaraciyərin hormon mübadiləsində pozulmanı göstərə bilər. Bu hal xüsusilə siroz və xroniki qaraciyər xəstəliklərində tez-tez müşahidə olunur.

3. Ovucda qızartıBaş barmaq və çəhrayı barmaq dibində yaranan davamlı qızartı qan dövranındakı dəyişikliklər və hormonal balanssızlıqla bağlı ola bilər. Çox vaxt siroz və autoimmün qaraciyər xəstəliklərində rast gəlinir.

4. QaşınmaXüsusilə gecələr artan, səpki olmadan müşahidə olunan qaşınma safra turşularının toplanması ilə əlaqədardır. Bu simptom kolestaz və ilkin biliyer kolanjit kimi qaraciyər xəstəliklərinin erkən əlaməti ola bilər.

5. HiperpiqmentasiyaGöz ətrafında qaralma, ağız künclərində və qoltuqaltında tünd ləkələr qaraciyər funksiyasının pozulmasından xəbər verə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az 

Seçilən
45
e-saglam.az

1Mənbələr