2023-cü ildən bu günədək Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə 3 milyon 383 min ton qazax nefti nəql edilib. Bunu energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində SOCAR prezidenti ilə birlikdə Qazaxıstanın energetika naziri Erlan Akkenjenovla görüşdə bildirib. Bu barədə o X hesabında yazıb.
Görüşdə karbohidrogen və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzitinin artırılması, SOCAR və KazMunayGaz arasında birgə layihələr, həmçinin “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin icrası müzakirə olunub.
Qazaxıstan Azərbaycan vasitəsilə neft daşımalarını artırmaq niyyətindədir.
N.Təbrizli