AZ

"İnsanın ağlına gəlir: Yaşadığı və yaşatdıqları..."

Müğənni Günel Zeynalova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, ifaçı sevdiyi şəxslər tərəfindən zərbə alan insanlara səslənib:

"İçdən səmimiyyət, sevgi, şəfqət tapan şəxs, itirincə başqa sevgi hesab etdikləri ilə sınağa çəkilir. Bunun bir imtahan olduğunu bilməz. Bu dövran öyrənənə qədər davam edir. O vaxta qədər ki, acını yaşayır və yuxudan oyanır.

Özünü xatırladan hisslər daha dərindədir. Və bir anlıq insanın ağlına gəlir: Həyat təcrübəsi, yaşadığı və yaşatdıqları...

Həyat əslində çox gözəldir və yaşamağa dəyər. Qayda sadədir: öyrənmək, özünüzə dəyər vermək və özünə mərhəmət edib sevmək. Yaddaşında olan hər kəsi elə sevər. Bu aylar və illər çəkə bilər, yetər ki, bu dəyişikliyi sev".

Könül
Musavat.com 

Seçilən
16
2
musavat.com

4Mənbələr