“Kopenhagen”in futbolçusu Tomas Dileyni Çempionlar Liqasında “Qarabağ”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb. "Bakuinfo" xəbər verir ki, yarımmüdafiəçi Danimarka mətbuatına qısa müsahibəsində bunları deyib: – İlk hissədə nələr baş verdi?– Bilmirəm. Oyunumuzu tapmaqda çətinlik çəkdik. Fərdi, texniki, taktiki səhvlər etdik. – “Qarabağ” sizi təəccübləndirdi?– Xeyr. Oyundan əvvəl onların güclü təzyiq göstərəcəyini bilirdik. Videotəhlillərdə necə oynadıqlarını görmüşdük, meydanda necə oynayacaqlarını əvvəlcədən bilirdik. “Qarabağ” bizi təəccübləndirmədi. Gözlədiyimiz kimi oynadılar. – Meydançanın durumunun təsiri oldu?– Xeyr. Belə demək olmaz, çünki şərait hər iki komanda üçün eyni idi. (Futbolpress.az)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta