AZ

Edi Rama Makronla zarafatlaşdı - “Azərbaycanla Albaniyadan üzr istəyin” – VİDEO

Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısı zamanı Albaniyanın Baş naziri Edi Rama Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.

Milli.Az xəbər verir ki, Edi Rama Makronun ABŞ Prezidenti Donald Trampın Ermənistan-Azərbaycan məsələsini müzakirə edərkən səhvən "Albaniya ilə Azərbaycan arasında münaqişə" ifadəsini işlətməsinə zarafatla münasibət göstərib.

Rama Makrona istehza ilə bildirib:

"Makron, bizdən üzr istəməlisiz. Çünki bizi Trampın Albaniya ilə Azərbaycan arasında təmin etdiyi sülh sazişi ilə bağlı təbrik etməmisiniz". 

Makron isə cavabında gülərək "Buna görə üzr istəyirəm" deyib. 

Edi Rama davamında Makrona onun yalnızca Ermənistanla maraqlandığını, Albaniya ilə bağlı Trampa təşəkkür etmədiyini bildirib. 

Milli.Az

Seçilən
15
2
milli.az

6Mənbələr