AZ

O da liderləri sülhə görə təbrik etdi

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı iki ölkə arasında nail olunan sülhə görə təbrik edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı tarixi sülhə nail olmaları münasibətilə təbrik edib”, - paylaşımda qeyd olunub.

"Cebheinfo.az"

Seçilən
16
13
cebheinfo.az

9Mənbələr