AZ

"İldə bir dəfə uşaqlarınız üçün bunu edin"- Pediatrdan ÇAĞIRIŞ

“Uşaqlar bizim gələcəyimizdir” deyirik. Amma bəzi hallarda onlara gələcəyimiz kimi baxmayırıq. Məsələn uşaqlarımızı yalnız xəstələnəndə həkim yanına aparırıq. Lakin mütəmadi həkim müayinəsini isə vacib bilmirik. Halbuki mütəmadi müayinələr hər kəs üçün, o cümlədən də uşaqlar üçün vacibdir.

Mövzu ilə bağlı News365.az-a danışan pediatr Vaqif Qarayev deyir ki, mütəmadi müayinələr çox vacibdir:

“O cümlədən də qanın ümumi analizi. Çox sadə analizdir. Amma əksər hallarda qan dəyərləri həkimə ciddi məlumatlar verir. Anemiya(qanazlığı) varmı, yoxsa yox... Qan azlığı hansı səbəbdəndir? Talassemiya daşıyıcılığına şübhə varmı, yoxsa yox? Hər hansı bir infeksiya varmı, yoxsa yox? Bir sözlə, mütəmadi müayinə çoxsaylı suallara və narahatlığa son qoya bilir. Həkimdən vitaminlər və balıq yağı tələb etməkdənsə,ildə cəmi bir dəfə bu analizi uşaqlarda yoxlatdırın,  bahalı bir şey deyil”.

News365.az

Seçilən
9
news365.az

1Mənbələr