AZ

90-dək yaşı olan məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildi - FOTO - VİDEO

Builki tədris ilində də Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan və əsaslı təmir edilən məktəb və məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib. Həmin layihələrdən biri də Xətai rayonundakı 1384 yerlik məktəbdir.

Tahir Bağırov adına 59 saylı tam orta məktəbin binası 1936-cı ildə inşa olunub. 89 il əvvəl tikilən bina artıq köhnəldiyindən və istifadəyə tam yararsız olduğundan yeni binanın inşasına zərurət yaranmışdı.

Heydər Əliyev Fondu tərəfindən 2024-cü ildən məktəbin əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilib. Məktəbin 4 mərtəbəli korpusu 1036 yerlikdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, müasir STEAM mərkəzi, hərbi təlim, tibb, müəllimlər, texnologiya otaqları, kitabxana, yeməkxana, akt, idman, gimnastika zalları, açıq mini stadion və idman meydançası qurulub.
2 mərtəbəli korpus isə 348 yerlikdir. Bu ibtidai korpus binasında 20 sinif, informatika və digər otaqlar, yeməkxana, idman zalı var. Məktəb həmçinin zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Ərazidə yeni açıq idman meydançaları inşa edilib, binada yanğından təhlükəsizlik sistemləri qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Şəhidlər abidəsi yenidən qurulub.

  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
  • 90-dək
Seçilən
15
14
day.az

10Mənbələr