ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Amerika Birləşmiş Ştatlarında yaşamaq və işləmək istəyənlər üçün ən böyük fürsətlərdən biri olan "Green Card" lotereya proqramı üzrə 2025-ci il müraciətləri artıq başlamaq üzrədir.
"AzPolitika" xəbər verir ki, ABŞ Dövlət Departamenti DV-2027 müraciət dövrünü 3 oktyabr – 6 noyabr 2025 tarixləri arasında elan edib. Müraciətlər hər zaman olduğu kimi yalnız rəsmi DV Lottery internet səhifəsi üzərindən və tamamilə pulsuz qəbul edilir.
Hələlik 2026-cı ilin tarixləri açıqlanmayıb. Ancaq əvvəlki illərdə olduğu kimi müraciətlərin yenə də oktyabrda başlayıb noyabrda bitəcəyi gözlənilir.
"Green Card" müraciəti necə edilir?
- Rəsmi DV Lottery saytına daxil olun.
- Ad, soyad, doğum tarixi, təhsil, ailə vəziyyəti və uyğun biometrik foto daxil olmaqla formanı doldurun.
- Fotoşəklin ABŞ Dövlət Departamentinin texniki tələblərinə uyğun olmasına diqqət edin.
- Müraciəti göndərdikdən sonra verilən təsdiq nömrəsini təhlükəsiz yerdə saxlayın – nəticələri yoxlamaq üçün bu kod tələb olunur.
Kimlər müraciət edə bilər?
- 18 yaşdan yuxarı şəxslər.
- Ən azı orta məktəb məzunu olanlar və ya son 5 ildə ixtisas tələb edən sahədə 2 il iş təcrübəsi olanlar.
- İngilis dili bilmək şərt deyil.
- Ailəli şəxslər həyat yoldaşları və övladları ilə birlikdə müraciət edə bilərlər.
Xatırladaq ki, hər il 55 min nəfərə "Green Card" verilərək ABŞ-də daimi yaşamaq və işləmək hüququ tanınır.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.