AZ

“Paşinyan daxili təzyiqlər səbəbindən müxtəlif açıqlamalar verir” Deputatdan AÇIQLAMA

“Paşinyan daxili təzyiqlər səbəbindən müxtəlif açıqlamalar verir”

Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında Ermənistanın hazırkı siyasi vəziyyətini şərh edib.

Deputat bildirib ki, Ermənistanda vəziyyət kifayət qədər mürəkkəbdir və həm daxildən, həm də xaricdən ölkəni qarışdırmaq cəhdləri müşahidə olunur:

“Paşinyan açıqlamalarında bir neçə məsələni nəzərə almağa məcburdur. Əsas səbəblərdən biri odur ki, müxalifət onu hələ də satqınçılıqda ittiham edir. Bizdə danışıqlar və imzalanan sənədlər müsbət qarşılanıbsa, Ermənistanda bu, birmənalı qarşılanmır. Orada çox ciddi müzakirələr gedir və gərginlik müşahidə olunur. Bu, Paşinyanın mövqeyinə təsir göstərir”, – deyə Ceyhun Məmmədov vurğulayıb.

Deputat əlavə edib ki, region dövlətlərinin dəhlizin açılması məsələsinə yanaşmaları da fərqlidir:

“Rusiya bir mənalı olaraq dəhlizin ABŞ iştirakçılığı ilə açılmasının əleyhinədir. İran isə bu məsələdə fərqli mövqelər ortaya qoyur. Bu da Ermənistan üzərinə əlavə təzyiqlər yaradır”.

Seçilən
16
news365.az

1Mənbələr