AZ

Britaniyada sinaqoqda bıçaqlı hücum olub, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB

Britaniyada sinaqoqda baş verən hücumda xəsarət alanlardan ikisi ölüb.

APA BBC-yə istinadən xəbər verir ki, hücumu törədən şəxsin də öldüyü ehtimal edilir.

Məlumata görə, o, təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Lakin həmin şəxsin üzərində naməlum əşyaların olması səbəbindən ona yaxınlaşmaq mümkün deyil.

Əraziyə bomba zərərsizləşdirmə komandası göndərilib.

***

13:47

Böyük Britaniyanın Böyük Mançester əyalətində sinaqoqda bıçaqlı hücum olub.

APA BBC-yə istinadən xəbər verir ki, polis hadisə nəticəsində 4 nəfərin xəsarət aldığını bildirib.

Polis təhülkənin sovuşduğunu və hücumu törədən şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün yəhudilər müqəddəs Yom Kippur günü qeyd edir.

Seçilən
15
4
apa.az

5Mənbələr