AZ

Ermənistan parlamenti Azərbaycanla sülhün yaradılması ilə bağlı bəyanat qəbul edib

Ermənistan parlamentinin növbədənkənar sessiyasının gündəliyinə “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi haqqında” bəyanat layihəsi daxil edilib, Ermənistan KİV-i xəbər verir. Onların sözlərinə görə, sənədi “Mülki Müqavilə” fraksiyası hazırlayıb.

Müzakirələrdən sonra Ermənistan parlamenti Azərbaycanla sülhün yaradılması ilə bağlı bəyanat qəbul edib. “Mülki Müqavilə” fraksiyasının hazırladığı bəyanat 64 səs lehinə, ikisi bitərəf olmaqla qəbul edilib. Müxalifət səsvermədə iştirak etməyib.

Sənəddə qeyd olunur ki, parlament Ermənistanın baş naziri və Azərbaycan prezidentinin ABŞ prezidenti ilə görüşü zamanı imzalanmış birgə bəyannaməsini dəstəklədiyini bildirir və Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır.

Əziz MUSTAFA

Seçilən
16
29
oxumeni.az

10Mənbələr