Bu sözləri onun oğlu, əməkdar artist Əyyub Quliyev açıqlamasında deyib.
"Vəziyyəti ağır stabil olaraq qalır. Həkimlərlə hər saat əlaqədəyəm. Analizin nəticələri yaxşıya doğru gedir. Böyrək kreatinin 4 səviyyəsindədir. İlkin dializ edən şəxslər üçün normaldır. Ağciyərdə infeksiyon problemlər var idi, bu göstəricilər də düzəlmək üzrədir.
Həkimlərin nəzarəti altındadır. Bir neçə gün öncə ilə müqayisə etsək, nəticələr daha yaxşıdır. Lakin hələ ki, evə qayıtmaq məsələsi aktual deyil”, - Əyyub Quliyev bildirib.(kult.az)