AZ

Biləsuvarda günəş enerjisi layihəsi üzrə yeni mərhələyə start verilib (FOTO)

Bakı.Trend:

445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəşpanelinin quraşdırılması mərasimi keçirilib.

Trend xəbərverir ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JASolar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisiistehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdətutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələlişəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləməsistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərintəmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyatakeçiriləcək. Stansiyanın növbəti il istismara verilməsiplanlaşdırılır.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı FaiqQürbətov, Energetika Nazirliyi yanında Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev,“Azərenerji” ASC-nin İdarə Heyəti sədrinin müavini Rüstəm Qasımov,Masdar şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli,SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, SOCAR Green şirkətinin başdirektoru Elmir Musayev və digər nümayəndələr iştirak edərəklayihənin enerji keçidi və ətraf mühitin qorunmasında əhəmiyyətinivurğulayıblar. Çıxışlarda bildirilib ki, Azərbaycanın bərpa olunanenerji hədəflərinə uyğun olaraq həyata keçirilən Biləsuvar GES həmistehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyasıbaxımından regionun ən böyük günəş enerji layihələrindən biriolacaq.

Mərasimdə iştirak edən rəsmi şəxslər və qonaqlar simvolik olaraqgünəş panellərini imzalayıb və ilk panelin quraşdırılmasındaiştirak ediblər.

Biləsuvarda
Biləsuvarda
Biləsuvarda
Biləsuvarda
Biləsuvarda
Biləsuvarda
Biləsuvarda
Biləsuvarda
Məqalədə:
Seçilən
16
9
az.trend.az

10Mənbələr