AZ

İran İsrail ordusunun humanitar flotiliyaya hücumlarını pisləyib

İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai İsrailin "Sumud" humanitar flotiliyasına hücumunu kəskin şəkildə pisləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran XİN-in "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

"XİN nümayəndəsi müxtəlif ölkələrdən olan fəalların və ictimai təşkilatların Fələstin xalqına dəstək məqsədilə göstərdiyi humanitar səyləri yüksək qiymətləndirib", - məlumatda deyilir.

İ.Bəqai flotiliyaya hücumu beynəlxalq normaların kobud şəkildə pozulması və terror aktı kimi xarakterizə edib.

O, həmçinin bütün dövlətlərin münaqişəni dayandırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün hüquqi, mənəvi və humanitar məsuliyyət daşıdığını vurğulayıb.

"Cebheinfo.az"

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr