AZ

Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş paneli quraşdırılıb

445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş paneli quraşdırılıb.

Energetika Nazirliyinin məlumatına görə, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur.

Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Azərbaycanın bərpa olunan enerji hədəflərinə uyğun olaraq həyata keçirilən Biləsuvar GES həm istehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyası baxımından regionun ən böyük günəş enerji layihələrindən biri olacaq.

Seçilən
18
5
vergiler.az

10Mənbələr