AZ

"Kopenhagen" Bakıda loqosuz forma ilə oynadı

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda "Qarabağ"-"Kopenhagen" matçında Danimarka komandasının formasında sponsor loqosu olmayıb. 

Adətən avrokuboklarda “Kopenhagen” bukmeker şirkətinin loqosu olan formada çıxış edir. Lakin bu dəfə qonaq komanda Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etməli olub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 428.9-cu maddəsinə əsasən, ölkə ərazisində keçirilməsi qadağan edilmiş və qeydiyyata alınmamış idman mərc oyunlarının və lotereyaların reklamına icazə verilmir. Qanunu pozmuş fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər 40 min manat məbləğində cərimə edilir. 

Azərbaycan qanunvericiliyinə əsasən, yalnız ölkə ərazisində rəsmi şəkildə lisenziyalaşdırılmış və qanuni fəaliyyət göstərən mərc saytlarının reklamına və nümayişinə icazə verilir. Bu səbəbdən “Kopenhagen” klubu Azərbaycan qaydalarına uyğun olaraq meydana sponsorsuz formada çıxıb.

Seçilən
13
13
teleqraf.com

10Mənbələr