AZ

Ərdoğan növbəti dəfə İsraili qınadı

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Sumud Flotillasına hücumuna sərt reaksiya verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ankarada AK Partiya Konqres Mərkəzində keçirilən iclasda danışıb. 

"Sumud basqını Qəzzada vəhşiliyi törədənlərin üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Humanitar yardım gətirmək və Qəzzada uşaqların açıq şəkildə öldüyü vəhşiliyə diqqət çəkmək üçün yola çıxan Qlobal Sumud Donanmasını hədəf alan quldurluğu qınayıram. İsrail hökumətinin beynəlxalq sularda dinc əhaliyə hücumu soyqırımdır", - deyə reaksiya verib. 

Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 15 gəmisini ələ keçirib. Nəticədə 201 fəal saxlanılıb.  Onlardan 25-i Türkiyə vətəndaşıdır. 

Gülayə Mecid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
2
unikal.az

2Mənbələr