Bakı. Trend:
Türkiyənin qərbində güclü zəlzələ baş verib.
Trend xəbər verirki, bu barədə Avropa – Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.
Məlumata görə, zəlzələ 5,0 bal gücündə olub və onun episentri122 min nəfərin yaşadığı Tekirdağ şəhərindən 39 kilometrcənub-şərqdə qeydə alınıb. Zəlzələnin yeraltı ocağı 9 kilometdərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.