AZ

Mərmərə dənizində 5 ballıq zəlzələ İstanbulda da hiss olundu

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Türkiyənin Mərmərə dənizində 5 bal gücündə zəlzələ baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Marmaraereğlisi sahillərində baş verib.

Zəlzələ yerli vaxtla saat 14:55-də (Bakı vaxtı ilə saat 15:55) baş verib.

6,71 km dərinlikdə baş verən yeraltı təkanlar İstanbulla yanaşı ətraf vilayətlərdə də hiss olunub.

İlkin məlumatlara görə, zəlzələdən sonra İstanbulda hər hansı dağıntı qeydə alınmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
yeniavaz.com

2Mənbələr