AZ

“Yayılan videoma görə oğlum bütün otağı dağıtdı”

“Bu yaxınlarda oğlum Hüseynlə xoşuma gəlməyən hadisə oldu. Elvin Babazadənin (müğənni -red.) ad günündə o oxuyurdu, mən rəqs edirdim. Elvin məni fırlatdı, bütün sosial şəbəkələrdə paylaşıldı, bir şərhlər yazıldı ki… Bu şərlər övladlarıma pis təsir edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Gün ortası” proqramında deyib. O bildirib ki, sosial şəbəkədə yayılan videosuna görə oğlu Hüseyn dalaşıb:

“Otağa girdim ki, oğlumun otağında bütün şəkillər, aksesuarlar sınıb. Ona söz verirəm ki, daha rəqs etməyəcəm. Ananız başıaşağı hərəkət etməyib. Zəhmətimlə, əziyyətimlə nələr qazanmışam: yaşadığım ev, sürüdüyüm maşın… Bəzən şərhlər… Məclisdə oynaya, əylənə bilərik. Onlara yazılan şərhləri görən övladlarımız stres yaşayırlar. Oğlumun keçid yaşıdır, psixologiyasında travma yaradır. Bundan sonra məclislərdə rəqs etsəm də, sakit”.

Qeyd edək ki, Fatimənin iki övladı var.

Seçilən
15
14
konkret.az

10Mənbələr