AZ

III MDB Oyunları: Sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşiblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



III MDB Oyunlarının batut gimnastikası üzrə sinxron proqramında finala yüksələn Azərbaycan idmançıları müəyyənləşib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, kişilər arasında Maqsud Mahsudov və Hüseyn Abbasov, qadınlarda Şəfiqə Hümbətova və Selcan Mahsudova, qarışıq sinxron proqramda isə Selcan Mahsudova və Maqsud Mahsudov həlledici mərhələdə mübarizə aparacaqlar.
Qeyd edək ki, bu gün keçiriləcək final mərhələsində ölkəmizi qadınların fərdi proqramında Selcan Mahsudova, komanda yarışında Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.
Batut gimnastikası yarışına oktyabrın 3-də yekun vurulacaq.
Daha çox foto burada: PhotoStock.az
Seçilən
21
oxu.az

1Mənbələr