AZ

İnter transferdə Real a rəqib oldu

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Liverpul"un müdafiəçisi İbrahima Konate karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" fransalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Konatenin İngiltərə klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır. A Seriyası nəhəngi bu amildən yararlanaraq azad agent statusunda olacaq 26 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmağa çalışacaq.

Fransa millisinin üzvü ilə "Real" da maraqlanır.

Qeyd edək ki, "Liverpul" İbrahima Konateni 2021-ci ilin yayında "Leypzssiq"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
sportal.az

2Mənbələr