AZ

Azərbaycan COP29 da inkişaf etməkdə olan ölkələrin səsinin eşidilməsini təmin etdi Sahibə Qafarova

ain.az bildirir, 525.az portalına istinadən.

"Azərbaycan 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etməklə, ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə, inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı".

525.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçirilən "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) "Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi" mövzusunda çıxışı zamanı səsləndirib.

S.Qafarova çıxışında BMT tərəfindən rəsmi olaraq "Bakı İqlim Həmrəyliyi Paktı" adlandırılan COP29-un mühüm nəticələri haqqında da məlumat verib.

"Bu sıraya Yeni Kollektiv Kəmiyyət Hədəfinin (Bakı Maliyyə Hədəfi kimi tanınan) qəbul edilməsi, Paris Sazişinin Beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tam işlək hala gətirilməsi, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbulu, Bakı Adaptasiya Yol Xəritəsi və Adaptasiya üzrə Bakı Yüksək Səviyyəli Dialoqunun təsis edilməsi kimi mühüm məsələlər daxildir" - o, çıxışında vurğulayıb.

Spiker həmçinin diqqətə çatdırıb ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı parlament səylərinin birləşdirilməsinə yönəlmiş Parlament iclasına da evsahibliyi edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
10
525.az

10Mənbələr