AZ

Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

 

Keçirilən növbəti tədbir nəticəsində 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev saxlanılıb. Belə ki, “Eliş” ləqəbli şəxs Səbail rayonunda – Dənizkənarı Milli Park ərazisində çəkiliş apararkən saxlanılıb.

 

Əxlaqsızlığı təbliğ edən tiktoker barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə protokol tərtib edilib.

 

Səbail Rayon Məhkəməsinin qərarı ilə Elsevər Nəbiyevə 30 sutkalıq inzibati həbs verilib.

 

Qeyd edək ki, E.Nəbiyev daha əvvəl də oxşar əməllərə görə həbs edilib./Qafqazinfo

Tarix: 2 Oktyabr 2025, 16:58   
Seçilən
18
25
pravda.az

10Mənbələr