AZ

Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bakıvaxtı.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, keçirilən növbəti tədbir nəticəsində 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev saxlanılıb.

Belə ki, “Eliş” ləqəbli şəxs Səbail rayonunda – Dənizkənarı Milli Park ərazisində çəkiliş apararkən saxlanılıb.

Əxlaqsızlığı təbliğ edən tiktoker barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə protokol tərtib edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Elsevər Nəbiyevə 30 sutkalıq inzibati həbs verilib.

Qeyd edək ki, E.Nəbiyev daha əvvəl də oxşar əməllərə görə həbs edilib.

Seçilən
9
25
bakivaxti.az

10Mənbələr