AZ

Xəzər rayonunda Heydər Əliyev Fondu tərəfindən yenidən qurulan məktəb istifadəyə verilib

BAKI, 2 oktyabr. TELEQRAF

Heydər Əliyev Fondunun paytaxtda yeni tədris ilində istifadəyə verdiyi növbəti təhsil müəssisəsinin ünvanı Xəzər rayonu 324 saylı tam orta məktəbdir.

Teleqraf xəbər verir ki, 2007-ci ildə inşa olunan məktəbin binası da ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Şagird sıxlığı yaşandığından məktəb 3 növbəli fəaliyyət göstərib, məktəbdə emalatxana və laboratoriya olmayıb.

Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından məktəbdə yenidənqurma və təmir-bərpa işlərinə başlanılıb. Layihə çərçivəsində məktəbin sinif otaqlarının sayı artırılıb, həmçinin əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Məktəb artıq yeni təhsil ilindən müəllim və şagirdlərin istifadəsinə verilib.

Seçilən
14
17
teleqraf.com

10Mənbələr