AZ

Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı – RƏSMİ

Cari ilin sentyabr ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18.52% təşkil edib.

KONKRET.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ilin əvvəli ilə müqayisədə 1.96 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2.40 faiz bəndi artıb.

Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 704.9 milyon manata bərabər olub. Kredit portfelinin 15 milyard 91.8 milyon manatı biznes kreditləri, 9 milyard 114.5 milyon manatı istehlak kreditləri, 4 milyard 498.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

Seçilən
17
13
konkret.az

10Mənbələr