AZ

Nurmaqomedov Ankalaev Pereyra revanşı üçün proqnoz verdi

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Məğlubiyyətsiz rusiyalı döyüşçü Usman Nurmaqomedov həmyerlisi Maqomed Ankalaev və braziliyalı Aleks Pereyra arasında UFC üzrə orta ağır çəkidə çempion titulunun revanş görüşü haqda danışıb.

BAKU.WS xəbər verir ki, Nurmaqomedov "Okko Sport"a müsahibəsində deyib ki, döyüşün favoriti kimi həmyerlisini görür:

"Düşünürəm ki, Ankalaev bu dəfə onun işini bitirəcək. Çünki Ankalayevin zərbələri Pereyradan qat-qat sürtəlidir. Pereyranın nişan alması çox vaxt aparır, Ankalaev isə ölçüsünə baxmayaraq, ayaq üstə çox sürətlidir".

Oktyabrın 5-də ABŞ-nin Las-Veqas şəhərində UFC 320-də Ankalaev və Pereyra arasında revanş keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
baku.ws

2Mənbələr