AZ

2022-ci ildən Rusiyada əsirlikdə olan Ukrayna hərbçiləri azad olunub-FOTO

Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub. 

AzPost-un məlumatına görə, prezident Zelenski bildirib ki, 185 nəfər Rusiya əsirliyindən Ukraynaya qayıdıb.

Onlardan 183-ü sıravi və çavuş, ikisi isə zabitdir. Onlar Silahlı Qüvvələri, Milli Qvardiyanı və Dövlət Sərhəd Xidmətini təmsil edirlər.

İyirmi dinc sakin də hərbi əsirlərlə birlikdə geri qayıdıb.

“Əsgərlərimiz Mariupolda, Azovstalda və Çernobıl Atom Elektrik Stansiyasında döyüşdə olanlardır. Əksəriyyəti 2022-ci ildən əsirlikdə idi və indi nəhayət vətəndədir”, – prezident deyib.

Azad olunan əsgərlər Luqansk, Donetsk, Xarkov, Zaporojye, Xerson və Çerniqov bölgələrində Ukraynanı müdafiə ediblər.

Bu gün azad edilən hərbçilərin və mülki şəxslərin demək olar ki, hamısı 2022-ci ildən əsirlikdə idi.

Xatırladaq ki, əvvəlki mübadilə avqustun 24-də baş tutub.

AzPost.az

Seçilən
20
27
azpost.info

10Mənbələr