AZ

Azərbaycanın su ehtiyacını necə ödəmək olar? - “Bu məsələni qaldırmaq olmaz!”

“Təklif olunur ki, Azərbaycanda su tələbatını ödəmək üçün dəniz suyunun təmizlənməsinə başlanılsın. Fikrimcə, indiki vəziyyətdə məqsədəuyğun deyil”.

Bu sözləri “Yeni Sabah”a coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov deyib. 

O vurğulayıb ki, qonşu ölkələrin su ehtiyatları və adambaşına düşən su həcmi Azərbaycanda mövcud olandan çoxdur: Pepperoni pizza

“Çay sularının hamısı içməlidir. Ancaq onları birbaşa içmək məsləhət deyil. Xüsusən, iri çaylara çirkab suları axıdılır. Məsələn, Tbilisinin bütün kanalizasiyası Kür çayına axır. Su mənbələrindən, su hövzələrindən yığılan sular içmə məqsədi ilə sistemə qoşulubsa, 3 mərhələli təmizləmədən keçir. Birinci mexaniki, daha sonra kimyəvi və sonda bioloji. 

Suya müvafiq praporsiyada xlor əlavə olunur. Gigiyenik baxımdan lazımi tələblərə cavab verdikdən sonra içməli kimi sistemə buraxılır. 

Göllər içməli su mənbəyi kimi istifadə edilmir. Ancaq çay, artezian və anbarlarda toplanan su mənbələrindən içməli kimi istifadə olunur. Daxili mənbələr su tələbatımızın sadəcə üçdəbirini təmin edir”.

Ç. İsmayılov qeyd edib ki, Xəzər dənizi sahillərində su təmizləyici qurğuların quraşdırılması maddi olaraq baha başa gələr:

“İsraildə yağış sularını yığılaraq təmizlənir və bundan istifadə olunur. Körfəz ölkələrində isə dəniz suyunu təmizləyib istifadə edirlər. Əlbəttə, həmin su təmizləndikdən sonra mineral tərkibi azalır və içməyə yararlı olması üçün minerallar əlavə olunur. 

Xəzər dənizində hələ SSRİ dövründə Aktauda atom elektrik stansiyası var idi. Onun yanında isə xüsusi qurğularla dəniz suyu təmizlənirdi. Bu sudan həm içmək üçün, həm də texniki məqsədlər üçün istifadə olunurdu. 

Uzun illər Azərbaycandan Aktau və Türkmənbaşıya içməli su aparılırdı. Hazırda belə layihələr var. Müzakirələr gedir ki, Azərbaycanda su tələbatını ödəmək üçün dəniz suyunun təmizlənməsinə başlanılsın. Fikrimcə, indiki vəziyyətdə bu, məqsədəuyğun deyil. 

Nəzərə alaq ki, yaxın vaxtlarda 5 sahilyanı dövlət Xəzərlə bağlı müzakirə aparacaq. Onlardan biri su təmizləyici qurğularını ortaya atsa, digərləri onun əksinə çıxış edəcək. Xəzərin Azərbaycan sahillərdəki dəniz suyu çirkabdır. Yayda 12 çimərlikdən yalnız 2-nin fəaliyyətinə icazə verirlər. Çünki məişət tullantılarının həddən çox olması ucbatından suda bağırsaq çöpü çoxdur. Həmin suyu həm duzdan, həm də bakteriyalardan təmizləmək ehtiyacı olacaq. Xəzərin səviyyəsinin bu qədər düşdüyü bir şəraitdə belə bir məsələni qaldırmaq olmaz”.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib ki, Azərbaycanın şirin su ehtiyatları təxminən 3 dəfə azalıb.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
25
3
yenisabah.az

4Mənbələr