Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
2025-26-cı tədris ili üzrə bu gün saat 11:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir.
Milli.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜDTA) məlumat verib.
Bildirilib ki, qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir:
"Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək".
Asya
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.