AZ

ABŞ–Gürcüstan münasibətləri gərginləşir: səbəb Rusiyaya loyal yanaşma – ÖZƏL

"Gürcüstandakı seçkilərdən və bugünkü hakim partiya hakimiyyətə gəldikdən sonra Gürcüstan və ABŞ arasında münasibətlər bir qədər gərginləşib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gərginləşmənin səbəbi rezidentlər haqqında olan qanun və təbii ki, yeni hökumətin digər hökumətlərdən fərqli olaraq Rusiyaya qarşı daha loyal yanaşmasıdır. Gürcüstanda keçirilən əməliyyatlarda, dövlətdə baş verən hadisələrdə bir növ ABŞ-nin rolu çox böyükdür.

"Bugün Gürcüstan hökuməti, hakimiyyətdə olan partiya bütün bunları nəzərə alaraq Gürcüstan cəmiyyətini daha çox milli ruha və öz dövlətlərinin strategiyasına uyğun maraqlar çərçivəsində yönətməyə çalışır və burada ikinci-üçüncü dövlətlərin müdaxiləsinə mane olmaq istəyir. Bugünkü gün ABŞ-nin Qafqazda Gürcüstan üzərində həyata keçirdiyi bütün siyasət iflasa uğrayıb. Ona görə Ermənistana keçiblər. Çünki Azərbaycan ümumiyyətlə Qafqazda bu oyunların heç birinə öz ölkəsinə icazə vermir", - deyə ekspert əlavə edib.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin çıxışı da təbii ki, bir mənalı olaraq ABŞ ilə bugünkü gündə olan münasibətləri əks etdirir. Təbii ki, burada nə baş verə bilər? 

Gürcüstan bu məsələdə rezidentlərlə bağlı qanunu nəzərə alaraq, ABŞ-nin onun daxili siyasətinə qarışmaq, dövlət çevrilişi yaratmaq istəməsi və s. məsələləri dilə gətirərək cəmiyyəti ABŞ-yə və Qərbə qarşı yönləndirə bilər.
Digər tərəfdən ABŞ də təbii ki, bu məsələdə Gürcüstan hökumətinə, Gürcüstana verilən yardımlar, NATO, Avropa Birliyi üzvlüyü ilə bağlı məsələlərdə təzyiqlər göstərə bilər. Çünki Qərb tərəfindən Gürcüstana ümumiyyətlə çox böyük maddi yardımlar gəlir. Kreditlər verilir və s. Bunlar da böyük bir təzyiq ola bilər. Digər tərəfdən, təbii ki, ABŞ-nin ABŞ yönümlü qruplaşmalara dəstək verməsi, yardımı daha çox artırması da nəzərdə tutula bilər. Yəni, bir növ Qafqazda Gürcüstan üzərində öz siyasətini tam həyata keçirə bilmədiyi üçün yeni həmlələr edə bilərlər.

"Tayland hökumətinin səfirliyinin bu işə maddi olaraq cəlb olunması, bu o deməkdir ki, ABŞ bir mənalı olaraq hansısa üçüncü dövlətlərin üzərindən gedir və bu da artıq Gürcüstanla Tayland arasında olan münasibətlərdə özünü göstərə bilər ki, bu da münasibətlərin korlanmasına səbəb ola bilər. Burada söhbət diplomatik münasibətlərdən gedir. Təbii ki, həm ABŞ, həm də Gürcüstan diplomatik mənbələr vasitəsilə bir cavab verəcək. Ancaq faktlarla Gürcüstan dövləti bunu nə dərəcədə təsdiq edə biləcək, onu da biz bilmirik. Ancaq diplomatik baxımdan təbii ki, Amerika bu gün o məsələni heç də öz üstünə götürməyib. Ona görə də Tayland dövlətinin üzərindən elə bir çaxnaşma və ya həmlə edə bilər ki, üçüncü dövlətin üzərindən keçsin və ABŞ-nin burada heç bir rolu olmasın", - deyə R. Məmmədova vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr