Daha sonra qonaqlar XIV əsrin yadigarı olan Molla Əhməd məscidində təşkil edilən Azərbaycan Miniatür Sənət Muzeyinin açılışına qatılıblar. Açılış mərasimində elm və incəsənət aləminin tanınmış simaları çıxış edərək muzeyin Azərbaycan miniatür sənətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm addım olduğunu vurğulayıblar.Muzeyin ilk ziyarətçiləri ekskursiya zamanı miniatür sənətinin zəngin nümunələrini görmək imkanı əldə ediblər.
Bu tədbirlər həm Azərbaycan miniatür sənətinə yeni nəfəs gətirib, həm də İçərişəhərin mədəni mühitini daha da zənginləşdirib.