Nigeriyada Kogi ştatında Niger çayında qayığın çevrilməsi nəticəsində azı 26 nəfər boğulub.
Bakıvaxtı.az-ın "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə regional hökumət nümayəndəsi bildirib.
Məlumata görə, sərnişinlər Edo ştatındakı bazaa gedərkən onların qayığı çevrilib.
Xatırladaq ki, Nigeriyada bədbəxt hadisələrin sayı çayların daşdığı və axınların gücləndiyi yağış mövsümündə artır.
Qayıqlar Nigeriyanın kənd yerlərində əsas nəqliyyat vasitəsi olaraq qalır.